Kafedra haqqında
Bədən tərbiyəsi və idmanın nəzəriyyəsi və metodikası kafedrası 10 dekabr 1931-ci il tarixində yaradılmışdır və ilk rəhbəri Əməkdar İdman Ustası İ.A. Merkuris olmuşdur. Sonrakı dövrlərdə kafedraya İ.Soldatov, O. Retelski, P. Tarabıkov, A.X. Şmidt, P.İ. Sokolov, İ. Semenisti, A. Mordyukov, H. Qurbanov, M. Nəsrullayev və N. Məcidov kimi nüfuzlu şəxslər rəhbərlik etmişdir. Kafedra Akademiyanın Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin əsas tədris-elm struktur vahidlərindən biri olmaqla yanaşı, müvafiq fənlər üzrə tədris prosesini həyata keçirir. Eyni zamanda, təhsilin bütün səviyyələrində müəllim, məşqçi, elmi-pedaqoji və elmi işçilərin hazırlanması, ixtisaslarının artırılması, təhsilalanlar arasında tərbiyə işlərinin təşkili kimi mühüm funksiyaları icra edir. Kafedranın professor-müəllim heyəti tərəfindən ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində tədris həyata keçirilir. Hal-hazırda kafedrada 5 fəlsəfə doktoru, 9 professor, 4 dosent, 5 dosent əvəzi, 11 baş müəllim və 13 müəllim fəaliyyət göstərir. Bundan əlavə, kafedrada 15 magistr və 16 doktorant təhsil alır.
Kafedranın müdiri: Firat Hüseynov Alışan oğlu