Kafedra haqqında
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tədrisin düzgün və effektiv təşkil olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 11 oktyabr 1994-cü il tarixli 595 nömrəli əmri ilə təsdiq olunmuş “Ali məktəblərin kafedraları haqqında müvəqqəti əsasnamə”nin müddəalarını, Akademiyanın Elmi Şurasının 14 sentyabr 2018-ci il tarixli Qərarını (Protokol 1) və Akademiyanın Tədris və elmi işlər üzrə prorektoru T. P. Tağı-zadənin 12 sentyabr 2018-ci il tarixli ds-152 nömrəli xidməti məktubunu rəhbər tutaraq, 01 oktyabr 2018-ci il tarixindən “İdman tibbi və reabilitasiya” kafedrası təşkil olunmuş və fəaliyyətə başlamışdır. İdman tibbi və reabilitasiya kafedrasında çalışan professor-müəllim heyəti yüksək baza təhsilinə, elmi-pedaqoji fəaliyyət təcrübəsinə malik olan yerli və əcnəbi mütəxəssislərdən ibarətdir. Kafedrada 2 professor, 1 fəxri müəllim, 14 fəlsəfə doktoru, 9 dosent, 9 baş müəllim, 24 müəllim və çalışır. Kafedra Kütləvi tətbiqi idman, Məşqçilik, Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlıq müəllimliyi, İdman tibbi və menecment fakültələrinin tələbələrinə tibb və reabilitasiyaya aid fənlər tədris edir. Kafedrada Kineziologiya, Fizioterapiya, Biomexanika, İdman təbabəti və gigiyena, İdmanda zədələnmələrin profilaktikasıvə reabilitasiyası və s. kimi fənlərin tədrisini həyata keçirilir. Bakalavriat və magistratura pilləsində əmək bazarının tələblərinə uyğun mütəxəssislərin yetişdirilməsi, kadr potensialının inkişaf etdirilməsi, elmi –tədqiqat sahəsində nailiyyətlərə imza atması üçün kafedrada mütəmadi seminarlar, görüşlər, ixtisasartırma proqramları təşkil edilir. Kafedra Böyük Britaniyanın UCL İSEH , MİTRİ, DTSERA-nın nəzdində olan reabilitasiya mərkəzləri ilə təcrübə sahəsində əməkdaşlıq edir.
Kafedranın müdiri: Məmmədova Könül Səfər qızı