Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Erasmus+

Azərbaycan İdman Akademiyasının (AİA) da partnyor olduğu “Azərbaycan Universitetlərinin Beynəlxalq Rəqabətliliyinin Artırılması” adlı layihə Erasmus+ proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən maliyyələşdiriləcək.

Koordinatoru Bakı Biznes Universiteti (BBU) olan layihə 2024-cü ilin fevral ayında Avropa Komissiyasına təqdim edilmişdir. Bu layihə Azərbaycan universitetlərinin beynəlxalq rəqabətliliyini artırmaq məqsədilə beynəlmiləlləşmə strategiyalarının və kadr potensialının inkişafının təmin edilməsi, universitetlərin beynəlxalq nüfuzunun artırılması və akademik-inzibati heyətin beynəlmiləlləşmə sahəsində bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı çətinlikləri aradan qaldırmağı hədəfləyir.

Layihə özündə yerli və beynəlxalq olmaqla 10 iştirakçını birləşdirir. Azərbaycandan layihədə təmsil olunan universitetlər:

  1. Bakı Slavyan Universiteti
  2. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
  3. Azərbaycan İdman Akademiyası
  4. Bakı Musiqi Akademiyası
  5. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
  6. Təhsildə Keyfiyyət Təminatı Agentliyi

Layihənin xarici tərəfdaşları:

  1. Kral Texnologiya Universiteti – İsveç
  2. Jaen Universiteti – İspaniya
  3. EFMD – Belçika
  4. Beynəlxalq Helenik Universiteti – Yunanıstan

Qeyd edək ki, layihəyə 2024-cü ilin payızında start veriləcək və iki il ərzində həyata keçiriləcək.