Kafedra haqqında
“İdman menecmenti və kommunikasiya” kafedrası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru cənab Fuad Hacıyevin 17.09.2018-ci il tarixli, K-364 nömrəli əmri ilə yaradılmışdır. Kafedra “İdman tibbi və menecment” fakültəsinin əsas tədris-elm struktur vahidlərindən biri olub, bir və ya bir neçə yaxın fənlər üzrə tədris, metodiki və elmi-tədqiqat, elmi-pedaqoji və elmi işçilərin hazırlanması, yenidən hazırlanması, ixtisaslarının artırılması, təhsilalanlar arasında tərbiyə işlərini həyata keçirir. Kafedra “İdman menecmenti və kommunikasiya” ixtisası üzrə buraxılış kafedrasıdır. İdman menecmenti və kommunikasiya kafedrası Akademiyada fəaliyyət göstərən kafedralar kimi burada çalışan müəllimlərin əksəriyyəti yüksək baza təhsilinə və elmi dərəcələrə, elmi adlara malik olan, elmi-pedoqoji fəaliyyətlə məşğul olan təcrübəli mütəxəssislərdir. Kafedranın professor-müəllim heyəti tərəfindən ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə fənlərin tədrisi həyata keçirilir. Yarandığı gündən etibarən kafedra milli rəqabətqabiliyyətli mütəxəssis kadrların yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması sahəsində tədris, metodiki, elmi tədqiqat, elmi-pedaqoji fəaliyyətin, eləcə də, bu kadrların yenidən hazırlanması, ixtisaslarının artırılmasının üzrə kompleks-sistemli tədbirlər həyata keçirir. Tədris-metodiki bazanın möhkəmləndirilməsi məqsədilə tədris etdiyi fənlərə və apardıqları elmi tədqiqat istiqamətlərinə uyğun olaraq, kafedra əməkdaşlarından fənn proqramları, metodiki vəsait, dərslik və dərs vəsaitlərinin hazırlanması üçün müvafiq işçi qruplar yaradılmışdır. Kafedranın bu proqram, dərs vəsaiti və dərsliklərdəki mövzuların tərkibində mütləq surətdə turizm sektorunun xüsusiyyətləri və inkişaf aspektlərinə xüsusilə diqqət yetirilir, bu sahə üçün hazırlanan mütəxəssislərin hər bir fənnin tədrisi zamanı məhz idman elmləri sahəsi üçün zəruri olan bilik, bacarıq və vərdişlərə yiyələnmələri prinsipləri əsas götürülür. Kafedrada 68 nəfər professor-müəllim heyəti çalışır, onlardan 56 nəfər elmi dərəcəli və elmi adı var. 5 nəfər elmlər doktoru, 25 nəfər fəlsəfə doktoru, 5 nəfər professor və 21 nəfər dosent.
Kafedra müdiri: Kələntərli Nailə Merac qızı
Sənədlər: