Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Kafedra haqqında

“Tibbi-bioloji elmlər kafedrası” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru F.Hacıyevin “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yeni tədris və elmi işlərinin idarəetmə strukturlarının təsdiq edilməsi haqqında” 22 iyun 2016-cı il tarixli S-63№li əmri ilə təsis olunmuşdur. Kafedra “İdman tibbi və menecment” fakültəsinin əsas tədris-elm struktur vahidlərindən biri olub, ona təhkim olunmuş fənlər üzrə tədris, metodiki və elmi-tədqiqat, elmi-pedaqoji və elmi işçilərin hazırlanması, yenidən hazırlanması, ixtisaslarının artırılması, təhsilalanlar arasında tərbiyə işlərini həyata keçirir. Tibbi-bioloji elmlər kafedrasında çalışan müəllimlərin əksəriyyəti yüksək baza təhsilinə malik, elmi dərəcə və elmi adları olan, elmi-pedoqoji fəaliyyətlə məşğul olan yüksək təcrübəli mütəxəssislərdir. Kafedranın professor-müəllim heyəti tərəfindən ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə fənlərin tədrisi uğurla həyata keçirilir. Kafedrada yüksək rəqabət qabiliyyətli mütəxəssis kadrların, yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması sahəsində tədris, metodiki, elmi tədqiqat, elmi-pedaqoji fəaliyyətin, eləcə də, bu kadrların yenidən hazırlanması, ixtisaslarının artırılmasının üzrə kompleks-sistemli tədbirlər həyata keçirir. Tədris-metodiki bazanın möhkəmləndirilməsi məqsədilə kafedrada tədris olunan fənlərə və apardıqları elmi tədqiqat istiqamətlərinə uyğun olaraq kafedra əməkdaşlarından ibarət, fənn proqramları, metodiki vəsait, dərslik və dərs vəsaitlərinin hazırlanması üçün müvafiq işçi qruplar yaradılmışdır. Kafedrada aparılan elmi-tədqiqat işləri əsasən “Kütləvi bədən tərbiyəsi təhsilin sağlamlığın əsas amili kimi” istiqamətindədir. Bu istiqamətdə hazırlanan mütəxəssislərin kafedrada tədris olunan idman elmləri sahəsi üçün zəruri sayılan bilik, bacarıq və vərdişlərə yiyələnmələri prinsipləri əsas götürülür. Kafedrada 55 nəfər professor-müəllim heyəti çalışır, onlardan 14 nəfər elmi dərəcəli və elmi adı var. 2 nəfər elmlər doktoru-professor, 2 nəfər professor, 10 nəfər dosent, 5 fəlsəfə doktoru, 11 nəfər baş müəllim, 30 nəfər müəllim.

 

Kafedra müdiri: Cəfərov Nizami Şahmar oğlu

 

Sənədlər: