Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

İdman menecmenti

          Bu proqram, idman və menecment sahəsində ixtisaslaşmaq arzusunda olan tələbələr üçün hərtərəfli təhsil imkanları təmin edir. “İdman Menecmenti” ixtisaslaşması, tələbələrə idman sektorunda tətbiq olunan dərin biliklər aşılayaraq onları idman klubları, federasiyalar və idman agentlikləri kimi təşkilatlarda müvafiq peşəkar fəaliyyətə hazırlamağı qarşısına məqsəd qoyur. Bu yolla tələbələr idman idarəçiliyində kompleks problemlərin həlli və resursların səmərəli idarə olunması üçün tələb olunan analitik və operativ bacarıqları qazanırlar.

 

Proqramın məqsədləri:

  • Tələbələrə idman menecmenti mütəxəssisi kimi uğurla işləmək qabiliyyətlərini artıran geniş nəzəriyyə və təcrübələr üzərində tənqidi düşünməyə imkan yaratmaq;
  • Tələbələrə hazırkı tədqiqat və peşəkar təcrübə ilə idman idarəçiliyində bir sıra kompleks problemləri sistematik və yenilikçi şəkildə idarə etmək imkanını vermək;
  • Müasir və qlobal bir şəraitdə idman idarəetmə bacarıqlarını tətbiq etməklə tələbələrdə aktual problemləri həll etmək bacarığını inkişaf etdirmək;
  • Fasiləsiz peşəkar inkişaf və ömür boyu təhsil almaq üçün bir zəmin təmin etməklə yanaşı tələbələrin səmərəliliyini və işə yararlılığını (employability) artıran bacarıqlarını inkişaf etdirmək.

 

Əsas məlumatlar:

Müddət: 2 il

Kredit: 120

Tədris dili: Azərbaycan (qəbul zamanı müsabiqə rus bölməsi ilə birgə keçirilir)

Təhsil haqqı: 2500 AZN (yerli), 2500$ (xarici)

 

Qısa keçidlər:

Təhsil proqramı

Tədris planı