Tədrisin planlaşdırılması və proqnozlaşdırılması departamentinin assistenti
AZƏRBAYCAN İDMAN AKADEMİYASI
VAKANSİYA ELAN EDİR
Vəzifə: Tədrisin planlaşdırılması və proqnozlaşdırılması departamentinin assistenti
Vəzifə öhdəlikləri:
- Sənədləşmənin həyata keçirilməsinə nəzarət;
- Təhsil normativ sənədlərinə uyğun hesabatların hazırlanması və aidiyyəti struktur bölmələrə təqdim edilməsi;
- Akademiyanın akademik bazası ilə bağlı sənədlərin arxivləşdirilməsi və elektronlaşdırılması.
Namizədə dair tələblər:
- Ali təhsil (magistr);
- Kompüter bacarıqları;
- Kargüzarlıq bacarıqları;
- Təhsil sahəsini tənzimləyən qanunvericilik və normativ sənədlərlə tanışlıq və onları tətbiqetmə bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq və detallara diqqət yetirmək qabiliyyəti;
- Analitik və sistemli düşüncə bacarığı;
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- İngilis və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı malik namizədlərə üstünlük veriləcəkdir.
İş qrafiki: Həftə içi 5 gün, saat 09:00–18:00 (nahar fasiləsi: 13:00–14:00)
İş yeri: Bakı şəhəri, F.X.Xoyski prospekti 98
Son müraciət tarixi: 27 oktyabr 2025
Qeyd olunan tələblərə cavab verdiyiniz halda CV-nizi hr@sport.edu.az elektron ünvanına göndərin.
Mövzu (subject) hissəsində müraciət etdiyiniz vəzifənin adını qeyd etməyiniz xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq!