I Beynəlxalq “İnsan Hərəkətdə” Konqresi keçiriləcək
28 sentyabr – 1 oktyabr 2025-ci il tarixlərində Sloveniya Respublikasının Portoroz şəhərində I Beynəlxalq “İnsan Hərəkətdə” Konqresi (International Congress of Human in Motion – ICHM-2025) keçiriləcək.
Konqres Koper Elm və Tədqiqat Mərkəzinin (Science and Research Centre Koper) ev sahibliyi, Madrid Texniki Universiteti, Magdeburg Universiteti, Padua Universiteti, Zaqreb Universiteti, Tayvan Milli İdman Universiteti, Evora Universiteti, Lyublyana Universiteti kimi nüfuzlu beynəlxalq elmi qurumlar, eləcə də Azərbaycan İdman Akademiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.
Tədbir müxtəlif ölkələrdən elm adamlarını, tədqiqatçıları və sahə mütəxəssislərini bir araya gətirərək insan hərəkəti, fiziki aktivlik, sağlam yaşlanma, idman və səhiyyə sahələrində yeni elmi bilik və təcrübə mübadiləsi üçün mühüm platforma yaradacaq.
Qeyd edək ki, Azərbaycan İdman Akademiyasının əməkdaşları üçün endirimli iştirak haqqı 190 avro, tələbələr üçün isə 150 avro olaraq müəyyən edilmişdir.
Konqresdə iştirak etmək istəyən əməkdaş və tələbələrdən 25 avqust 2025-ci il tarixinədək Akademiyanın Elmi tədqiqat mərkəzinə (farhad.jalalov@sport.edu.az) müraciət etmələri xahiş olunur.
Konqres haqqında əlavə məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz: