Elm və təhsil naziri Avropa çempionlarımızla görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev 14-cü Universitetlərarası Avropa Futzal Çempionatının qalibi olan Azərbaycan İdman Akademiyasının (ASA) komandası ilə görüşüb. Nazir ASA komandasını təbrik edib, bu qələbənin ali təhsilimizin beynəlxalq idman arenalarında tanıdılmasına verdiyi töhfəni yüksək qiymətləndirib. Elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyasının prezidenti Firudin Qurbanov bildirib ki, bu nailiyyət ölkəmizin təhsil və idman tarixində mühüm hadisədir. Görüşdə iştirak edək ASA-nın Tədris işləri üzrə prorektoru Ülkər Babayeva və komanda üzvləri göstərilən diqqət və dəstəyə görə təşəkkürlərini bildiriblər.