Azərbaycan İdman Akademiyasında Tələbə Elmi Cəmiyyətinin növbəti iclası təşkil olunub.
Azərbaycan İdman Akademiyasında (ASA) Tələbə Elmi Cəmiyyətinin (TEC) növbəti iclası təşkil olunub.
Tədbiri ASA-nın Elm və innovasiyalar üzrə prorektorun müşaviri Nailə Kələntərli giriş nitqi ilə açaraq TEC-in gənclərin elmi potensialının inkişafındakı rolunu vurğulayıb.
İclasda yenilənmiş loqo təqdim olunub. TEC sədri Hüseyn Nəsirov yeni simvolikanın fəaliyyətə əlavə motivasiya verəcəyini qeyd edib. Sədr müavini Natiq Soltanov isə 2025-2026-cı tədris ili çərçivəsində keçiriləcək elmi konfrans və tədbirlər haqqında məlumat verib. Eyni zamanda Elmi-tədqiqat mərkəzinin koordinatorları İlkin Məmmədov və Fərhad Cəlalov idarə heyəti üzvlərinin təsdiqi, E-sport fəaliyyətləri, ASA E-sport komandasının yaradılması və digər ali məktəblərin TEC-ləri ilə əməkdaşlıq imkanlarını diqqətə çatdırıblar.
Sonda çıxış edən fakültə dekanları və kafedra müdirləri tələbələrin elmi fəaliyyətlərinin dəstəklənməsinin əhəmiyyətini vurğulayıblar.