Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Azərbaycan İdman Akademiyasında #COP29-a hazırlıq çərçivəsində inklüzivlik və iqlim müzakirələri mövzusunda sessiya keçirilib

Azərbaycan İdman Akademiyasında Tələbə və könüllülərlə iş şöbəsi tərəfindən COP29-a hazırlıq çərçivəsində iqlim, ekologiya, dayanıqlı gələcək və inklüzivlik mövzularına həsr olunan maarifləndirici interaktiv sessiya təşkil edilib.

Tədbirin ilk hissəsində təşkil olunan inklüzivlik mövzusundakı müzakirə sessiyasında iqlim və inklüzivliyin sağlam həyat tərzi və təhsil ilə sıx əlaqəsi vurğulanıb. Sessiyada iqlim dəyişikliyinin xüsusi qayğıya ehtiyacı olan insanlara təsiri, qlobal səylərdən heç kimin kənarda qalmaması və inklüziv siyasət və təcrübələrin iqlim fəaliyyətinə inteqrasiyası kimi mövzular müzakirə olunub.

Daha sonra “DanceAbility Azərbaycan” sosial müəssisəsi və Beynəlxalq Təlim Mərkəzi tərəfindən Akademiyanın “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi”, “Bədən tərbiyəsi və idmanda reabilitasiya” və “Adaptiv bədən tərbiyəsi” ixtisaslarının 2-ci və 3-cü kurs tələbələri üçün təqdimat keçirilib.

Təqdimatın məqsədi tələbələrə DanceAbility innovativ metodları haqqında məlumat vermək, onların bilik və təcrübəsini gələcək fəaliyyətlərində tətbiq etmələrinə şərait yaratmaq və inklüziv mühit formalaşdırmaq olub.

Xəbərlər