Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Azərbaycan İdman Akademiyası rəsmiləri "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinin açılış mərasimində iştirak ediblər

Füzulidə akademik avarçəkmə, kayak və kanoe üzrə keçirilən "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinin rəsmi açılış mərasimi baş tutub. Aşağı Köndələnçay su anbarında təşkil edilən tədbirdə Gənclər və İdman Naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədovla yanaşı Azərbaycan İdman Akademiyasının Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Ülkər Babayeva və İdman işləri üzrə prorektoru Fərid Mansurov da iştirak ediblər.

Yarışı rəsmi olaraq açıq elan edən Fərid Qayıbov, qonaqları salamlayaraq iştirakçılara uğurlar arzulayıb. O, çıxışında Füzulinin işğaldan azad edilməsinin əhəmiyyətini vurğulayaraq, belə beynəlxalq tədbirlərin bu ərazilərdə keçirilməsinin sevindirici olduğunu qeyd edib.

Qeyd edək ki, "Mingəçevir Reqatası-2024" turniri oktyabrın 18-də başa çatacaq.

Xəbərlər