Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Strateji İnkişaf Planı müzakirə edildi

15 noyabr 2022-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Strateji İnkişaf Planının hazırlanması ilə bağlı işçi qrupunun iclası keçirilib.

Keçirilən iclasda Akademiyanın gələcək inkişaf istiqamətləri və strateji hədəfləri müzakirə edilib.

İclas zamanı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin nümayəndəsi də çıxış edərək, idman və təhsil sahəsindəki strateji inkişaf prioritetləri barədə fikirlərini bölüşüb. İşçi qrupunun sədri Tahminə Tağı-zadə, sədr müavini Rizvan Əliyev, katib Bəxtiyar Rüstəmov və digər 18 üzv iclasda iştirak edərək təklif və tövsiyələrini bildiriblər.

Müzakirələrin sonunda Akademiyanın Strateji İnkişaf Planının hazırlanması üzrə fəaliyyət planı müəyyən olunub və növbəti addımlar dəqiqləşdirilib.

Xəbərlər