Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Avropa Çempionatının qalibi olan ASA-nın futzal komandası Vətənə qayıdıb

Futzal üzrə Universitetlərarası 14-cü Avropa Çempionatının qalibi olan Azərbaycan İdman Akademiyasının (ASA) futzal komandası Vətənə qayıdıb.

Komandanı Heydər Əliyev Beynəlxalq Hava Limanında ASA-nın Ümumi işlər üzrə prorektoru Taleh Qələndərli və Akademiyanın kollektivi, idman azarkeşləri və tələbə-idmançıların ailə üzvləri qarşılayıblar. Komandanın üzvləri çempionatın rəmzi kubokunu prorektor Taleh Qələndərliyə təqdim ediblər.

Xəbərlər