Azerbaijan Sports Academy

ASA və ACF “Cüdo məşqçilərinin sertifikatlaşdırılması və lisenziyalaşdırılması” proqramının III səviyyəsinə start verib

Azərbaycan İdman Akademiyası (ASA) və Azərbaycan Cüdo Federasiyası (ACF) arasında əməkdaşlıq çərçivəsində ölkədə cüdo idman növü üzrə məşqçilərin peşəkar inkişafını dəstəkləmək məqsədilə “Cüdo məşqçilərinin sertifikatlaşdırılması və lisenziyalaşdırılması” proqramının III səviyyəsi üzrə təlimlərə start verilib.

13-17 oktyabr tarixlərində keçirilən təlimlərin nəzəri hissəsi ASA-da təşkil edilib. Təlimlərin praktiki hissəsi isə ACF mütəxəssisləri tərəfindən aparılacaq. Təlim iştirakçıları nəzəri və praktiki fəaliyyətlər üzrə qiymətləndirmədən keçdikdən sonra sertifikatla təmin olunacaqlar.

Xəbərlər