Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASA tələbəsi Avropa çempionatında qalib olub

Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı keçirilir. 

Yarışlarda ölkəmizi təmsil edən Azərbaycan İdman Akademiyasının “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisasının 314A6 qrup tələbəsi Nihad Məmişov uğur qazanıb. Belə ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız italiyalı Françesko Sampinonu məğlub edərək Avropa çempionatının qızıl medalına sahib olub. 

Tələbəmizi qələbə münasibəti ilə təbrik edir, ona gələcək idman karyerasında yeni uğurlar arzulayırıq!

Xəbərlər