Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASA tələbələri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

Azərbaycan İdman Akademiyası Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Akademiyanın tələbələri üçün Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

Heydər Əliyev Mərkəzində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin irsini əks etdirən muzeylə, eləcə də müxtəlif layihələrin və tədbirlərin həyata keçirildiyi sərgi salonları ilə tanışlıq zamanı tələbələrə dahi şəxsiyyətin həyat və fəaliyyəti, dövlətçilik tarixindəki yeri barədə ətraflı məlumat verilib. 

Ekskursiyanın sonunda xatirə fotosu çəkilib.

Xəbərlər