Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASA nümayəndələrinin elmi çıxışları Portorozda keçirilən “Human in Motion” Konqresinin üçüncü günündə diqqət mərkəzində olub

Sloveniyanın Portoroz şəhərində davam edən “Human in Motion” Beynəlxalq Konqresinin üçüncü günü Azərbaycan İdman Akademiyasının (ASA) nümayəndələrinin çıxışları ilə yadda qalıb. Akademiyanın Sağlamlaşdırıcı idman və reabilitasiya kafedrasının müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Könül Məmmədova isə “Biomechanical Solutions and Strategies for Space and Earth: Artificial Gravity and Resistance Training” mövzusunda plenar məruzə ilə çıxış edib. Məruzədə süni qravitasiya və müqavimət məşqlərinin həm kosmik mühitdə, həm də Yer üzərində tətbiq imkanları barədə innovativ yanaşmalar təqdim olunub. Çıxış konqres iştirakçıları tərəfindən maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub. ASA-nın Tədris işləri üzrə prorektoru Ülkər Babayeva rəsmi ziyafətdə çıxış edərək beynəlxalq elmi əməkdaşlığın, öyrənmə və təcrübə mübadiləsinin, xüsusilə də sağlamlıq və idman sahəsində yeni yanaşmaların paylaşılmasının əhəmiyyətini vurğulayıb. Qeyd edək ki, I Beynəlxalq “Human in Motion” Konqresi oktyabrın 1-dək davam edib və iştirakçılar üçün yeni əməkdaşlıq imkanları yaradıb. Nüfuzlu elmi tədbir Koper Elmi-Tədqiqat Mərkəzinin, ASA-nın və digər qurumların birgə təşkilatçılığı ilə keçirilib.

Xəbərlər