ASA-nın rəhbər heyəti Azərbaycanın Londondakı səfirliyində olub
Azərbaycan İdman Akademiyasının (ASA) rəhbər heyəti Birləşmiş Krallığa rəsmi səfəri və Koventri Universiteti ilə əməkdaşlıq imkanlarının müzakirəsi çərçivəsində Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov ilə görüşüb.
Görüşdə tərəflər Azərbaycan və Böyük Britaniya arasında ali təhsil, idman elmləri və beynəlxalq tərəfdaşlıq sahələrində əməkdaşlığın gücləndirilməsi perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparıblar. Səfir Elin Süleymanov Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq müstəvidə daha fəal iştirakı, qlobal əməkdaşlıq imkanlarının genişləndirilməsi və təhsildə innovativ yanaşmaların tətbiqi istiqamətində həyata keçirilən təşəbbüsləri dəstəklədiyini vurğulayıb.
Akademiyanın nümayəndə heyəti ASA-nın cari inkişaf planı, eləcə də Akademiyanı regionun aparıcı idman təhsili mərkəzinə çevirmək məqsədilə atılan addımlar və qarşıya qoyulan hədəflər barədə ətraflı məlumat verib.
Görüş, Azərbaycanın beynəlxalq təhsil məkanında mövqeyinin gücləndirilməsi baxımından institusional əməkdaşlığın və diplomatik dəstəyin əhəmiyyətini bir daha təsdiqləyib.