ASA-nın prorektoru Rafail Novruzov Buxara Dövlət Universitetinin yubiley tədbirində iştirak edib
Sentyabrın 9-da Özbəkistanın Buxara Dövlət Universitetinin 95 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib. Yubiley mərasimində Azərbaycan İdman Akademiyasının (ASA) Keyfiyyət təminatı və ömürboyu təhsil üzrə prorektoru Rafail Novruzov iştirak edib.
Tədbirdə çıxış edən Rafail Novruzov universitetin kollektivini əlamətdar yubiley münasibətilə təbrik edib, Buxara Dövlət Universitetinin beynəlxalq miqyasda apardığı elmi və tədris fəaliyyətini yüksək qiymətləndirib.
Yubiley çərçivəsində ASA-nın prorektoru Buxara Dövlət Universitetinin rektoru, professor Obidjon Həmidov və universitetin rəhbər heyəti ilə görüşüb. Görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, tələbə və müəllim mübadiləsi, həmçinin birgə elmi layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.