ASA-nın nümayəndə heyəti İdman Elmləri və Fiziki Tərbiyə üzrə Beynəlxalq Şurasının Baş Assambleyasında olub
Azərbaycan İdman Akademiyasının (ASA) nümayəndə heyəti İdman Elmləri və Fiziki Tərbiyə üzrə Beynəlxalq Şurasının (International Council of Sport Science and Physical Education (ICSSPE)) Baş Assambleyasında iştirak edərək yeni idarə heyəti seçkilərində səsvermə hüququndan istifadə edib.
Mənzil qərargahı Almaniyanın Berlin şəhərində yerləşən ICSSPE idman elminin, fiziki tərbiyənin, sağlaqlıq və əlaqəli sahələrin inkişafını təşviq edən və dəstəkləyən beynəlxalq qeyri-hökumət təşkilatıdır. 1958-ci ildə yaradılan təşkilatın hazırda 230-a yaxın üzvü var.
Səfər çərçivəsində ASA-nın nümayəndə heyəti - Tədris işləri üzrə prorektor Ülkər Babayeva və Beynəlxalq əməkdaşlıq və layihələrlə iş şöbəsinin müdiri Cəmilə İsmayılzadə bir sıra məhsuldar görüşlər də keçirib. Belə ki, ASA ilə Köln İdman Universiteti, Rumıniya Dövlət Universiteti və digər ali təhsil müəssisələrinin təmsilçiləri arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub.