ASA-nın elmi potensialı üçün yeni imkan: “ProQuest Central” akademik informasiya bazası
“THE Avrasiya Universitetlərinin Sammiti” çərçivəsində “ProQuest Central” akademik informasiya bazasının rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən elmi mərkəzlərin və kitabxanaların nümayəndələri, ali təhsil müəssisələrinin təmsilçiləri, eləcə də Azərbaycan İdman Akademiyasının (ASA) əməkdaşları iştirak ediblər.
“ProQuest Central”ın milli səviyyədə istifadəyə verilməsi ilə 47 çoxşaxəli verilənlər bazasına, 43 min tam mətnli jurnal, 3,5 milyon ön çap məqaləsi, təxminən 400 min dissertasiya (o cümlədən bəzi Azərbaycan dissertasiyaları), həmçinin qlobal xəbər arxivi, hesabatlar və konfrans materiallarına çıxış imkanı yaradılıb.
Bununla ASA-nın tədqiqatçıları da daxil olmaqla ölkə üzrə geniş akademik ictimaiyyət “ProQuest Central” məlumat bazasından faydalana biləcək.
“ProQuest Central” akademik informasiya bazasına daxil olmaq üçün link: https://www.proquest.com/