Azerbaijan Sports Academy

ASA əməkdaşlarının Qazaxıstana səfərin başa çatıb

Orhun Mübadilə Proqramı çərçivəsində Azərbaycan İdman Akademiyasının (ASA) əməkdaşları İlkin Məmmədov və Günel Məmmədovanın Qazaxıstanın Türküstan şəhərində yerləşən Hoca Ahmet Yesevi Beynəlxalq Türk–Kazax Universitetinə iki həftəlik səfəri uğurla yekunlaşıb.

 

Səfərin son günündə ASA nümayəndələri universitet rəhbərliyi ilə görüşüblər. Görüşdə onlara proqram çərçivəsində göstərdikləri fəallığa və qarşılıqlı əməkdaşlığa verdikləri töhfələrə görə təşəkkürnamələr təqdim olunub. Təşəkkürnamələri universitetin Maliyyə və beynəlxalq əlaqələr üzrə prorektoru Mustafa Giritlioğlu təqdim edib.

 

Yekun tədbir çərçivəsində Türk dövlətlərindən olan tələbələrin ifasında musiqi və rəqs nömrələrindən ibarət konsert proqramı təşkil olunub. Tədbirdə fəxri qonaq qismində iştirak edən İlkin Məmmədov və Günel Məmmədova çıxışlarında qardaş Türk xalqları arasında təhsil və mədəni əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıblar.

 

Sonda ASA-nın nümayəndələri səfər müddətində yaradılmış yüksək şəraitə, səmimi qəbula və göstərilən diqqətə görə universitetin rektoru professor Janar Temirbekova və kollektivə təşəkkürlərini bildiriblər.

Xəbərlər