Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASA komandası Universitetlərarası Avropa Çempionudur

Azərbaycan İdman Akademiyasının (ASA) komandası Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən 14-cü Futzal üzrə Universitetlərarası Avropa Çempionatında uğura imza atıb. Akademiyanın komandası yarışın final mərhələsində İspaniyanın Valensiya Universiteti ilə qarşılaşıb və rəqibinə 7:2 hesabı ilə qalib gələrək Avropa çempionu adını qazanıb.

Qeyd edək ki, komandanın Avropa çempionatda iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Azərbaycan İdman Akademiyasının dəstəyi ilə həyata keçirilib.

Qələbə münasibətilə komandamızın üzvlərini, məşqçi heyətini və bütün azarkeşləri təbrik edirik! Gənc idmançılarımıza gələcək beynəlxalq turnirlərdə də yeni nailiyyətlər arzulayırıq!

Xəbərlər