Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASA-da tədrisin təşkili ilə məşğul olan inzibati heyət üçün təlimlər keçirilib

Azərbaycan İdman Akademiyasında (ASA) tədrisin təşkili ilə məşğul olan inzibati heyət üçün tədris yüklərinin normaları, onların hesablanması və bölgüsünə dair təlimlər təşkil olunub.

Təlimlərin keçirilməsində məqsəd inzibati heyəti Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi yeni normativ-hüquqi sənədlərlə tanış etməkdir.

Tədrisin planlaşdırılması və proqnozlaşdırılması departamentinin direktoru Nazim Abbasov və baş mütəxəssis Afət Rüstəmli çıxış edərək mövzu ilə bağlı ətraflı məlumat veriblər. Onlar tədris yükünün hesablanması zamanı istifadə olunan normativ-hüquqi sənədlər və Nazirlik tərəfindən müəyyənləşdirilən yeni normaları iştirakçıların diqqətinə çatdırıblar. Eyni zamanda, iştirakçılara real nümunələr üzərində tapşırıqlar verilib və onların Akademiyanın daxili təlimatları əsasında tədris yükünün hesablanması və bölgüsü ilə bağlı praktik bacarıqları inkişaf etdirilib.

Sonda 2025/2026-cı tədris ili üzrə kafedraların tədris yükləri müəyyənləşdirilib. Həmin yüklər professor-müəllim heyəti arasında bölgü aparılmaqla uğurla yekunlaşdırılıb.

ASA-nın Tədris işləri üzrə prorektoru Ülkər Babayevanın iştirakı ilə keçirilən yekun görüşdə təlimlərlə bağlı fikir və təkliflər dinlənilib. İştirakçılar bu cür maarifləndirici təlimlərin mütəmadi keçirilməsini təklif ediblər.

Xəbərlər