“İdman jurnalistikası” proqramının tələbələri magistrlik dissertasiyalarını müdafiə etdilər
Yanvarın 26-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) tədrisi ingilis dilində aparılan və müddəti 1,5 il olan “İdman jurnalistikası“ proqramı tələbələrinin magistrlik dissertasiyaların müdafiəsi keçirilib.
“İdmanın insan hüquqları ilə bağlı nizamlanması və onun mediada təsviri”, “Covid 19” pandemiyasının idman jurnalistikasına təsiri” və “Döyüş idman növlərinin texniki cəhətləri və onun mediada təsviri” kimi mövzularda tələbələr dissertasiya işlərini təqdim edərək ixtisaslaşmış şura üzvlərinin suallarını cavablandırıblar.
Sosial elmlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Lalə Əhmədovanın sədrliyi ilə keçirilən müdafiə zamanı İxtisaslaşdırılmış şura üzvləri - Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Elnur Məmmədov, mexanika üzrə elmlər doktoru, dosent Nailə Kələntərli, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nazim Abbasov, filologiya üzrə fəlsəfə doktoru Vəfa İsgəndərova, filologiya üzrə fəlsəfə doktoru Təranə Mahmudova və iqtisad üzrə fəlsəfə doktoru Nailə Musayeva tərəfindən tələbələrin müdafiəsi qiymətləndirilib.
Dissertasiya müdafiəsini uğurla başa vuran magistrantlarımızı təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!
#ASAPES #İdmanAkademiyası #Master #Magistratura #SportJournalism #İdmanJurnalistikası #Təhsil #Education