Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-in tələbəsi "Yaradıcılıq emalatxanası" layihəsində iştirak edib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə dekabrın 1-dən 8-dək Tovuzda gənclərin "Yaradıcılıq emalatxanası" layihəsi həyata keçirilib. Layihə "Şuşa İli" və "Tovuz - Gənclər paytaxtı" Tədbirlər Planları çərçivəsində icra edilib.

"Yaradıcılıq emalatxanası"nda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Bədən tərbiyəsi və idmanda reabilitasiya” fakültəsinin lll tədris ilinin BTİR130A1 qrupunun tələbəsi Mehdi Əkbərzadə də iştirak edib. O, estrada ifaçılığı sahəsi üzrə təlimlərə qatılıb.

Dekabrın 7-də Tovuzdakı Nizami Mədəniyyət Evində emalatxananın bağlanış konserti keçirilib və gənclər 1 həftə ərzində öyrəndiklərini səhnədə nümayiş etdiriblər.

#ASAPES #İdmanAkademiyası #GİN #Tələbələr #Students #TələbəHəyatı #StudentLife

Xəbərlər