"Beynəlxalq təcrübədə tyutorluq" təliminin qiymətləndirilməsi həyata keçirilib
Dekabrın 19-da Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Təlim və metodologiya” şöbəsinin baş məsləhətçisi Şəlalə Mahmudova tərəfindən ali təhsil müəssisələrində daxili keyfiyyət təminatı sisteminə dəstək məqsədilə tyutorlar üçün dekabr ayının 13-14-də aparılmış "Beynəlxalq təcrübədə tyutorluq" mövzusunda təlimin qiymətləndirilməsi prosesi keçirilib.
Təlim iştirakçıları müəyyən qruplara ayrılmaqla qrup işi görərək, onlara verilən tapşırıqlar əsasında hazırladıqları təqdimatlarla agentliyin nümayəndələri qarşısında çıxış ediblər. Tədbirin sonunda “Təlim və metodologiya” şöbəsinin baş məsləhətçisi Şəlalə Mahmudova iştirakçılara öz təşəkkürünü bildirərək təlim prosesindən məmnunluğunu ifadə edib.