Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

“Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin məlumatlandırma sessiyası keçirilib

Tələbə və könüllülərlə iş şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 1-ci kurs tələbələri və yuxarı kursların aktiv tələbələri üçün Elm və Təhsil Nazirliyi tərəfindən proqram şəklində yaradılmış, hal-hazırda isə fəaliyyətə “Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi kimi davam edən birlik barədə məlumat sessiyası keçirilib. Tədbir zamanı tələbələrə proqram barədə məlumat verilib, eyni zamanda onlara tələbə-könüllü kimi proqrama üzv olmaq qaydaları izah edilib.

130-a yaxın tələbənin iştirak etdiyi təqdimat mərasimi zamanı könüllülük və onun yaratdığı imkanlar, qazanılan təcrübə haqqında suallar cavablandırılıb.

Qeyd edək ki, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi 40 ali və orta ixtisas təhsil müəssisəsini əhatə edir. “BİR” tələbə-könüllü olmaq tələbələrə beynəlxalq idman yarışlarında və dövlət tədbirlərində yaxından iştirak etməyə şərait yaradır.

Bundan başqa, könüllü olmaq tələbəlik həyatını rəngarəng və faydalı keçirməyə, karyera imkanlarını genişlədirməyə, şəxsi inkişafı təmin etməyə, eləcə də komanda ruhunu formalaşdıran kollektiv oyunlarda yeni dostlar qazanmağa imkan verir.

#ASAPES #İdmanAkademiyası #BirKönüllü

Xəbərlər