Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Tələbələrimiz Azərbaycan çempionatında hakimlik edib

Noyabrın 9-dan 12-dək Bakı Su İdmanı Sarayında üzgüçülük üzrə Azərbaycan Açıq qış çempionatı keçirilib. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkil etdiyi yarışda Bakı və bölgələri təmsil edən 15 klubun tərkibində 150-dək idmançı mübarizə aparıb.

4 gün davam edən çempionatda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının üzgüçülük ixtisaslı ikinci və üçüncü kurs tələbələri hakim qismində iştirak ediblər. Qeyd edək ki, çempionatdan öncə tələbələrimiz bir neçə təlimə qatılaraq yarışın təşkili və qaydaları ilə yaxından tanış olublar.

Təhsil və karyera baxımından böyük təcrübə qazanan tələbələrimizə gələcək işlərində müvəffəqiyyətlər arzu edirik!

#ASAPES #İdmanAkademiyası #Üzgüçülük #Swimming

Xəbərlər