Oktyabrın 12-də "ASAPES qonağı" layihəsi yenidən canlı yayımda olacaq.
Oktyabrın 12-də "ASAPES qonağı" layihəsi yenidən canlı yayımda olacaq. Saat 16:00-dan etibarən ASAPES-in rəsmi sosial media hesabları (İnstagram və Facebook), eləcə də Youtube kanalımıza qoşulmaqla verilişi izləmək imkanı əldə edəcəksiniz.
Qonağımız isə futbol mütəxəssisi, milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev olacaq. O futbolumuzun hazırki durumundan, yerli futbolçuların yetişməsindən və digər maraqlı məqamlardan söz açacaq.
Siz də canlı müzakirələrə qatılaraq qonağımıza suallarınızı ünvanlaya bilərsiniz.