ASAPES SABAH tələbəsi təlimdə iştirak edib
ASAPES SABAH tələbəsi Ləman Sultanlı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının təlim mərkəzində təşkil olunan və “Memarlıq, inşaat və dizayn” İctimai Birliyinin (MİDİB) icra etdiyi "Dövlət, universitet və QHT əməkdaşlığı” çərçivəsində “Sosial sahibkarlığın və müəssisələrin təşkilinin gənclər arasında təbliği üzrə təşəbbüslər” adlı layihəsinin ilk təlimində iştirak edib.
Sosial sahibkarlıq sahəsində böyük təcrübəsi olan təlimçi Elbəy Əliyev və Rəfiqə Nurullayeva, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nəzdində fəaliyyət göstərən “Bakı KOB Dostu”nun rəhbəri Sabir Zeynallı və “Birgə İnvest” MMC-nin layihələr üzrə baş meneceri Vidadi Baxışov təlim zamanı iştirakçılarla öz təcrübə və biliklərini bölüşüblər.
Onlar gənclərə “Sosial və ekoloji problemlər”, “İcma quruculuğu və problemlərin birgə həlli yolları”, “Sahibkarlıq fəaliyyəti”, “Sosial sahibkarlıq”, “BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və onların Sosial sahibkarlıqla (bizneslə) əlaqəsi”, “Biznes və marketinq planlama və onların əhəmiyyəti”, “Sosial-iqtisadi-ekoloji problemlərin qruplar (icmalar) çərçivəsində həll yolları” haqqında, həmçinin təmsil etdikləri qurumların fəaliyyəti, xidmətləri və əməkdaşlıq imkanları haqqında ətraflı məlumat veriblər.
#ASAPES #İdmanAkademiyası #ASAPES-SABAH