Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Basketbol üzrə hakimlik kursu başa çatıb

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) “İdmanın oyun növləri” kafedrası və Azərbaycan Basketbol Federasiyasının birgə əməkdaşlığı, Karyera Mərkəzinin təşkilatçılığı ilə bakalavr səviyyəsində təhsil alan tələbələr üçün keçirilən hakimlik kursu sona çatıb.

Basketbol üzrə beynəlxalq dərəcəli hakim, FIBA-nın milli təlimatçısı Ələkbər Həsənov tərəfindən aparılan kursun əsas məqsədi ixtisasçı gənc tələbələrə basketbol idman növü üzrə hakimlik qaydalarını izah etmək, oyunlar zamanı epizodları düzgün qiymətləndirmək, eləcə də yerli peşəkar mütəxəssislərin sayının artırılmasına töhfə vermək və onların gələcək karyeralarına dəstək olmaqdır.

Bundan başqa, qarşıya qoyulan əsas məqsədlərdən biri də kurs zamanı mənimsənilən səviyyəni qoruyub saxlamaqla iştirakçıların ölkəmizi daxili və beynəlxalq yaxışlarda layiqincə təmsil etmələrinə zəmin yaratmaqdır.

Kursu uğurla bitirən iştirakçılara sertifikatlar təqdim olunub.

#ASAPES #İdmanAkademiyası #Sport #İdman #basketball #Referee #Hakim #İdmanHakimi

Xəbərlər