Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES SABAH tələbələri “Be active" tədbirində iştirak ediblər

ASAPES SABAH tələbələri Avropa İdman Həftəsi çərçivəsində "Be active" tədbirində iştirak ediblər. Heydər Əliyev Mərkəzinin qarşında təşkil olunan tədbirdə voleybol, basketbol, futbol, cüdo, boks, qılıncoynatma və paraqılıncoynatma, güləş, karate, kapoeyra, badminton, stolüstü tennis və parastolüstü tennis, velosiped və paravelosiped, milli idman növləri, gimnastika, avarçəkmə, taekvondo, qolf, güllə atıcılığı, kamandan oxatma və paraoxatma idman növlərində tələbələrimizin də iştirakı ilə müxtəlif nümunəvi çıxışlar nümayiş etdirilib.

#ASAPES #İdmanAkademiyası #ASAPES-SABAH

Xəbərlər