Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Akademiya rəsmiləri Özbəkistanda səfərdə olub

22-25 sentyabr tarixlərində Özbəkistanın Çirçik şəhərində Özbəkistan Dövlət Bədən Tərbiyəsi və İdman Universitetinin və Beynəlxalq Bədən Tərbiyəsi və İdman Universitetləri Assosiasiyasının birgə təşkilatçılığı ilə “Universitet idmanı: millətin sağlamlığı və firavanlığı” mövzusunda Tələbələrin və Gənc Alimlərin XI Beynəlxalq Elmi Konfransı keçirilib.

Konfranda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını Tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağı-zadə, Sosial elmlər kafedrasının müdiri Lalə Əhmədova, Magistratura şöbəsinin müdiri Nərqiz Kosayeva, İdman oyun növləri kafedrasının müəllimi Səbinə İbrahimova, Elmi-tədris laboratoriyasının fiziki reabilitasiya üzrə aparıcı mütəxəssisi Hakim İbrahimov təmsil ediblər.

#ASAPES #İdmanAkademiyası #Özbəkistan #Təhsil #Education #Elm #İdman #Sport

Xəbərlər