Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Pauerliftinq üzrə dəfələrlə dünya və Avropa çempionu Ramil Əhmədov “ASAPES qonağı”nda

Daha bir tanınmış idmançı “ASAPES qonağı” layihəsində yer alacaq. Söhbət pauerliftinq üzrə 4 qat dünya və 9 qat Avropa çempionu Ramil Əhmədovdan gedir.

Qonağımız bu gün (31 avqust) saat 15:00-dan etibarən ASAPES-in rəsmi sosial media hesablarında (İnstagram və Facebook), eləcə də Youtube kanalımızda aparıcı Rüfət Nadirli ilə birgə canlı yayımda olacaq və sizin suallarınızı cavablandıracaq.

Veriliş ərzində titullu qonağımız tərəfindən "Ən yaxşı sual" seçimi ediləcək və həmin şəxsə hədiyyə təqdim olunacaq.

Xəbərlər