Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES Sankt-Peterburqun Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universiteti ilə daha 5 il əməkdaşlıq edəcək

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) ilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin P.F.Lesqaft adına Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universiteti arasında qarşılıqlı əməkdaşlıq daha 5 il müddətinə uzadılıb.

Tədbirdə ASAPES-in tədris və elmi işlər üzrə prorektoru, tibb elmləri üzrə fəlsəfə doktoru Təhminə Tağı-zadə, İdman menecmenti və kommunikasiya kafedrasının müdiri, mexanika üzrə elmlər doktoru, dosent Nailə Kələntərli, Sosial elmlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Əhmədova və P.F.Lesqaft adına Sankt-Peterburq Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetinin rektoru S.İ.Petrov iştirak ediblər.

Növbəti 5 illik dövrü əhatə edəcək anlaşmaya əsasən, tərəflər elmi araşdırmalar, mütəxəssislərin hazırlanması, distant təhsil, kadr, məlumat, elmi işçi və tələbə mübadiləsi, elmi simpoziumlar, konfranslar, birgə proqram və kursların təşkili, elm və təhsil sahələri üzrə birgə materialların dərc edilməsi, həmçinin digər maraqlı sahələr üzrə əməkdaşlıq edəcəklər.

#ASAPES #İdmanAkademiyası

Xəbərlər