Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Tələbələrimiz Liverpool John Moores Universitetinin sertifikatı ilə təltif ediliblər

“Audio və radio jurnalistika” və “İdman televiziya jurnalistikası” modullarını uğurla başa vuran tələbələrimizə Liverpool John Moores Universitetinin sertifikatları təqdim olunub. Ali təhsil ocağının rəsmiləri ilə görüşən magistrantlarımız universitetin media tələbələri üçün nəzərdə tutulmuş binasını ziyarət edərək oranın infrastrukturu ilə də tanış olublar.

Universitet əməkdaşları tələbələrimizə studiyalar, yayım, radio və kommunikasiya, eləcə də şərh otaqlarında tədris prosesinin təşkili və aparılması, tələbələrin iş prosesinə cəlb olunması və digər işlər haqqında ətraflı məlumat veriblər.

Qeyd edək ki, Liverpool John Moores Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində “İdman jurnalistikası” magistr proqramının birinci tədris ilində təhsil alan tələbələrə “Audio və radio jurnalistika” və “İdman televiziya jurnalistikası” modulları “Sky Sport”da 15 ildən çox iş təcrübəsi olan jurnalist, Universitetin baş müəllimi Timati Abraham tərəfindən tədris olunub.

#ASAPES #İdmanAkademiyası #SportJournalism

Xəbərlər