Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-in basketbol komandası mükafatlandırıldı

Tələbə Basketbol Liqasında ilk pillənin sahibi olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) komandası ilə konfrans zalında görüş keçirilib. Tədbirdə çıxış edən Akademiyanın rektoru Fuad Hacıyev komanda üzvlərini liqanın qalibi olması münasibətilə təbrik edib, Superfinalda göstərdikləri mübarizəni yüksək qiymətləndirib. Növbəti yarışlarda da uğurların davamını arzulayan rektor F. Hacıyev basketbol komandasında yer alan hər bir tələbəyə təhsil və idman sahəsində uğurlar diləyib. Akademiyanın idman işləri üzrə prorektoru, Olimpiya çempionu Fərid Mansurov və onun müşaviri, yunan-roma güləşi üzrə Avropa, dünya və olimpiya mükafatçısı Vitali Rəhimov da tədbirdə söz alaraq ASAPES tələbələrini qazandığı nailiyyətlə bağlı təbrik edib, idmanda əldə olunan hər bir uğurun böyük zəhmət və məsuliyyət tələb etdiyini vurğulayıblar.

Sonra ASAPES-in basketbol komandası mükafatlandırılaraq, heyət üzvlərinə müxtəlif hədiyyələr və plaketlər təqdim olunub.

Xəbərlər