ASAPES tələbələri basketbol liqasının qalibi oldu
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələri arasında Tələbə Basketbol Liqasına yekun vurulub. Superfinalda ADNSU-nun komandasını 78-77 hesabı ilə məğlub edən ASAPES-in basketbol komandası liqanın qalibi olub.
Tələbələrimizi təbrik edir və onlara gələcək yarışlarda uğurlar arzulayırıq!