III Beynəlxalq elmi-praktiki konfrans
Azərbaycan Gənclər və İdman Nazirliyi
Azərbaycan İdman Akademiyasi
Azərbaycan Cüdo Federasiyasi
“Müasir idman təhsili: Yeni paradiqmalar axtarışında”
III Beynəlxalq Elmi-Praktik Konfrans
27-28 noyabr 2025
Bakı, Azərbaycan
Son müraciət tarixi: 30 oktyabr 2025
Sizi Azərbaycan İdman Akademiyasının ev sahibliyi, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçiriləcək Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünə və Azərbaycan İdman Akademiyasının 95 illik yubileyinə həsr olunmuş “Müasir idman təhsili: Yeni paradiqmalar axtarışında” mövzusunda III Beynəlxalq elmi-praktik konfransda iştirak etməyə dəvət edirik.
Konfransın əsas məqsədi idman sahəsində peşəkar təhsilin mövcud vəziyyətini təhlil etmək, mövcud problemləri müəyyənləşdirmək və beynəlxalq təcrübə əsasında inkişaf perspektivlərini müzakirə etməkdir.
Konfransın keçirilmə tarixi: 27-28 noyabr 2025-ci il
Konfransın keçirilmə yeri: Azərbaycan İdman Akademiyası
Konfransın işçi dili: Azərbaycan, ingilis, rus
Konfrans çərçivəsində aşağıdakı istiqamətlər üzrə məruzələr qəbul olunacaq:
- İdmanda kütləvilik və sağlam həyat tərzinin formalaşdırılması
- İdmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi
- İdman fəaliyyətlərinin təşkili
- çıxış və məqalənin nəşri ilə - ƏYANİ;
- çıxış etmədən məqalənin nəşri ilə - QİYABİ;
Konfransda iştirak etmək üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçdikdən sonra xülasə (Fayllar Microsoft Word (*.doc və ya *.docx) formatında) və təqdimatlar 12 oktyabr 2025-ci il tarixinədək müəllif(lər)in soyadı və adı ilə qeyd olunaraq, məsələn: "Əliyev İlqar_xülasə", "Əliyev İlqar_təqdimat" conference@sport.edu.az elektron ünvanına göndərilməlidir (Elektron məktubda mövzu olaraq beynəlxalq elmi-praktik konfransın adı qeyd edilməlidir).
QEYDİYYAT LİNKİ: https://surl.li/llwqri
Xülasələrin tərtib olunma qaydaları:
Məqalə mətni A4 formatda, hər tərəfdən 2 sm, şrift 12 pt, interval 1, Times New Roman, Microsoft Word formatında olmalıdır. Məqalədə müəllif(lər)in adı, soyadı, ata adı, elmi dərəcələri, işlədiyi müəssisə(lər), məqalənin adı hər 3 dildə (Azərbaycan, rus, ingilis), müəllif(lər)in elektron poçt ünvanları qeyd olunmalıdır. Xülasələr 180-200 söz həcmində olmaqla konfransın işçi dillərindən hər hansı birində (Azərbaycan, ingilis, rus) təqdim edilməlidir. Açar sözlər (4-6 söz) məqalənin dərc olunduğu dildə verilməlidir. Xülasədə istinadlar (istifadə olunmuş ədəbiyyat) göstərilməlidir.
Məqalələrin tərtib olunması və nəşr olunması haqqında məlumat:
Məqalələr (Fayllar Microsoft Word (*.doc və ya *.docx) formatında) 23 oktyabr 2025-ci il tarixinədək müəllif(lər)in soyadı və adı ilə qeyd olunaraq, məsələn: "Əliyev İlqar_article", "Əliyev İlqar_məqalə" conference@sport.edu.az elektron ünvanına göndərilməlidir (Mövzu olaraq beynəlxalq elmi-praktik konfransın adı yazılmalıdır).
Məqalə mətni A4 formatda, hər tərəfdən 2 sm, şrift 12 pt, interval 1 Times New Roman, Microsoft Word formatında olmalıdır. Məqalədə müəllif(lər)in adı, soyadı, ata adı, elmi dərəcələri, işlədiyi müəssisə(lər), məqalənin adı hər 3 dildə (Azərbaycan, rus, ingilis), müəllif(lər)in elektron poçt ünvanları qeyd olunmalıdır. Məqalələr 3-5 səhifə həcmində olmaqla konfransın işçi dillərindən hər hansı birində (Azərbaycan, ingilis, rus) təqdim edilməlidir. Xülasə (180-200 söz) və açar sözlər (4-6 söz) məqalənin dərc olunduğu dildə və ondan əlavə iki dildə verilməlidir. Məqalədə istinadlar (istifadə olunmuş ədəbiyyat) göstərilməlidir.
Çapa qəbul olunmuş məqalələr və xülasələr Azərbaycan İdman Akademiyasında Konfrans Materialları Toplusunda nəşr olunacaqdır.
Təşkilat Komitəsi təqdim edilən məruzələrin seçilib istiqamətlər üzrə qruplaşdırılaraq proqrama daxil edilməsi hüququnu öz üzərinə götürür, redaksiya heyəti isə proqrama daxil edilmiş məruzələrin redaktə olunması işini həyata keçirir.
Məqalələr plagiat yoxlamasından keçirilir, plagiat müəyyən edildikdə qəbul edilmir.
Kənar müəssisələrdən olan iştirakçılar üçün iştirak haqqı 170 AZN təşkil edir. Ödənişlə bağlı məlumat əldə etmək üçün qeydiyyat formunu doldurduqdan sonra conference@sport.edu.az elektron poçt ünvanı ilə əlaqə saxlamağınız xahiş olunur.
Müraciət forması üçün keçid edə bilərsiniz.
Qeydiyyat linki: https://surl.li/llwqri