Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Magistr proqramı tələbələrinin Böyük Britaniyaya səfəri davam edir

Tədrisi ingilis dilində aparılan "İdman menecmenti" ixtisaslaşmasının tələbələri Böyük Britaniyaya səfər çərçivəsində Britaniya Paralimpiya Assosiasiyasında olublar.

Qurumun Əlaqələr və sosial təsir üzrə marşal direktoru xanım Anna Skot tələbələrlə görüşərək Böyük Britaniyada paralimpiya sahəsində görülmüş işlər haqqında ətraflı məlumat verib.

Assosiasiya ilə tanış olan tələbələr xanım Skotla müxtəlif idman növləri üzrə paralimpiyanın inkişaf istiqamətləri haqqında səmimi söhbət edərək fikir mübadiləsi aparıblar.

#ASAPES #İdmanAkademiyası #Paralympics

Xəbərlər