Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Mergen

MERGEN TƏQAÜD PROQRAMI

2024-2025-ci tədris ili üçün təqaüd proqramı

Ümumi məlumat

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) “Mergen” təqaüd proqramı çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) və müşahidəçi  (Macarıstan, Şimali Kipr Türk Respublikası,Türkmənistan) dövlətlərin vətəndaşları üçün magistratura təhsil səviyyəsi üzrə təqaüdlü əsaslarla təhsil imkanı təklif edir.

 

Təqaüd proqramına kimlər müraciət edə bilər?

  • Proqram dövlətlərindən birinin vətəndaşı olan;
  • Müvafiq sahə üzrə bakalavr təhsilini 3 ildən gec olmayaraq bitirən 30 yaşdan aşağı namizədlər

Hansı ixtisaslaşmalar üzrə təqaüd təklif olunur?

  1. Bədən tərbiyəsi və idman: fiziki tərbiyə nəzəriyyəsi və metodikası ixtisaslaşması (tədris Azərbaycan dilində)
  2. İdman məşqinin nəzəriyyəsi və metodikası (tədris Azərbaycan dilində)
  3. Bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat (tədris Azərbaycan dilində)
  4. İdman tibbi və reabilitasiya (tədris ingilis dilində)
  5. Jurnalistika: İdman jurnalistikası ixtisaslaşması (tədris ingilis dilində)
  6. İdman menecmenti ixtisaslaşması (tədris ingilis dilində, Böyük Britaniyanın Koventri Universiteti ilə ikili diplom proqramı).

Təqaüd nələri əhatə edir?

  • Təhsil haqqı
  • Miqrasiya (MYİ) xərcləri (1 dəfəlik)
  • Tibbi sığorta arayışı (ildə 1 dəfə)
  • Aylıq təqaüd – 250$

Təqaüdə necə müraciət etmək olar?

  • Namizədlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elektron ərizə sisteminə müraciət etməlidirlər:

https://portal.edu.az

  •  Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın və müraciət etdikləri ali təhsil müəssisəsinin ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək onlayn müsahibəyə dəvət olunacaqlar.
  • Müraciət üçün son tarix: 31 iyul 2024

Təqaüdü qazanmaq üçün əsas meyarlar hansılardır?

  • Magistratura səviyyəsi üzrə müraciət edən iddiaçıların əvvəlki təhsil səviyyəsi üzrə ÜOMG 100 ballıq sistem üzrə 75 (GPA 2,50) baldan aşağı olmamalıdır;
  • İdman tibbi və reabilitasiya ixtisası üzrə magistr proqramına müraciət üçün tibb üzrə bakalavr təhsili ilə yanaşı rezidentura mərhələsini bitirmək tələb olunur;
  • İngilis dilində olan magistr proqramlarına müraciət edən namizədlərdən tələb olunan dil biliyi səviyyəsi:

- İdman tibbi və reabilitasiya ixtisaslaşması üçün (IELTS 6.5, TOEFL 79 və ya Duolingo 105);

- İdman menecmenti və idman jurnalistikası ixtisaslaşmaları üçün (IELTS 6.0, TOEFL 60 və ya Duolingo 95);

  • Azərbaycan dilində olan magistr proqramlarına müraciət edən namizədlərin dil biliyi səviyyəsi Akademiyanın Təqaüd komissiyasının tərkibində təşkil olunan dil imtahanından alınan nəticələrə uyğun olaraq müəyyən ediləcəkdir;
  • Təhsildə uğurlu nəticələri ilə xüsusi fərqlənməsi, ali təhsil müəssisəsinin   ictimai-mədəni həyatında fəal iştirak etməsi;
  • Motivasiya məktubunda məqsədlərin aydın ifadə olunması;
  • Seçim meyarları üzrə bir neçə namizədin göstəriciləri eyni olduqda Təqaüd Komissiyası tərəfindən əlavə seçim meyarları tətbiq edilə bilər.

Tələb olunan sənədlər hansılardır?

  1. Əvvəlki təhsil pilləsində keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) tanınması haqqında şəhadətnamə (nostrifikasiya);
  2. İdman tibbi və reabilitasiya ixtisası üzrə rezidentura təhsil pilləsi üzrə diplom təqdim olunmalıdır;
  3. İngilis dilli proqramlara müraciət edənlər üçün dil sertifikatı (IELTS, TOEFL, Duolingo və s.);

Qeyd: bakalavr təhsil pilləsini ingilis dilində bitirmiş namizədlərdən dil sertifikatı tələb olunmur.

  1. Tövsiyə məktubu (ingilis dilində, möhürlü, imzalı və yeni tarixli);
  2. Motivasiya məktubu (300-600 söz)
  3. Tərcümeyi-hal (CV);
  4. Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu təqdirdə);
  5. Ümumvətəndaş pasportunun surəti (Ən azı 6 ay etibarlılıq müddəti olan pasport);

Əlaqə məlumatları

Təqaüd proqramının koordinasiyası ADBTİA-nın Beynəlxalq əlaqələr şöbəsi tərəfindən həyata keçirilir. Ətraflı məlumat üçün əlaqə vasitələri:

Telefon: +994125640902

E-mail: international@sport.edu.az

Ünvan: Fətəli xan Xoyski 98, Bakı     

Poçt indeksi: AZ1072