Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

İdman menecmenti (Koventri Universiteti ilə ikili diplom imkanı)

Bu proqram idman və menecment sahəsində ixtisaslaşmaq istəyən tələbələr üçün müxtəlif imkanlar təklif edən bir təhsil proqramıdır. "İdman Menecmenti" ixtisaslaşması, idman sektorunda karyera qurmaq istəyən tələbələrə idman menecmentinin əsas prinsiplərini və tətbiqatlarını öyrədərək onları idman klubları, federasiyalar, rekreasiya mərkəzləri, idman agentlikləri və digər idman təşkilatları üçün hazır edir.

Proqram tələbələrə həm ASAPES, həm də Koventri universitetindən diplom almaq imkanı verir. Bu proqram hər iki ali təhsil müəssisəsinin məzuniyyət şərtlərini yerinə yetirən tələbələrə iki diplom alma şansı yaradır. Bu da tələbələrin iki məşhur və tanınmış təhsil müəssisəsindən təhsil alaraq geniş bir təcrübə və bilik bazasına malik olmaları deməkdir.

İdman menecmenti üzrə magistr proqramı beynəlxalq idman dilində, yəni ingilis dilində təklif olunur. İdman menecmenti üzrə dünya səviyyəli beynəlxalq mütəxəssislərin, eləcə də yerli müəllimlərin və idman biznesinin liderlərinin rəhbərlik etdiyi proqram zamanla davamlı inkişaf edərək indi tələbələrə özünəməxsus təhsil təcrübəsi təqdim edir. Tələbə gənclər və cəmiyyət idmanlarında, eləcə də beynəlxalq səviyyədə çox istiqamətli peşəkar idman sahəsində uğurla işləməyə hazır olmaq üçün dəyərli "real həyatda" layihələrdə, fəaliyyətlərdə və təcrübələrdə iştirak etmək üçün müxtəlif imkanlara malikdir. Liderlik və insan resurslarının idarə edilməsi, iqtisadiyyat, marketinq və sponsorluq, sahibkarlıq, hüquq və idmanda təşkilati davranış kimi əsas sahələrdə özəllikləri dərindən anlamaqla, Akademiyanın məzunları müvəffəqiyyətlə (beynəlxalq) idman biznesini idarə etmək üçün tam təmin edilmişdir.

Proqramın məqsədləri:

  • Tələbələrə idman menecmenti mütəxəssisi kimi uğurla işləmək qabiliyyətlərini artıran geniş nəzəriyyə və təcrübələr üzərində tənqidi düşünməyə imkan yaratmaq;
  • Tələbələrə hazırkı tədqiqat və peşəkar təcrübə ilə idman idarəçiliyində bir sıra kompleks problemləri sistematik və yenilikçi şəkildə idarə etmək imkanını vermək;
  • Müasir və qlobal bir şəraitdə idman idarəetmə bacarıqlarını tətbiq etməklə tələbələrdə aktual problemləri həll etmək bacarığını inkişaf etdirmək;
  • Fasiləsiz peşəkar inkişaf və ömür boyu təhsil almaq üçün bir zəmin təmin etməklə yanaşı tələbələrin səmərəliliyini və işə yararlılığını (employability) artıran bacarıqlarını inkişaf etdirmək.

 Proqramı uğurla başa vurandan sonra tələbələr aşağıda qeyd olunan bacarıqlara yiyələnəcklər:

  • Sərbəst düşüncə tərzini göstərmək və mövcud yanaşmaları fərqli baxışdan sınamaq;
  • İdman işindəki kompleks problemləri həll etmək üçün məlumatları tənqidi (kritik) təhlil etmək;
  • Öz peşə təcrübəsinin inkişafını tənqidi (kritik) nəzərdən keçirmək;
  • Effektiv liderlik, ünsiyyət, danışıq və təşkilatçılıq bacarıqlarını nümayiş etdirmək;
  • Arqumentləri və fikirləri akademik və peşəkar auditoriyanın iştirakı üçün uyğun bir formatda çatdırmaq.

Proqram tələbələrin uğurla iş təkliflərini alması və əmək bazarında olan tələbata cavab verməsi üçün bir sıra əsas elementləri təklif edir:

  • İş şəraitinə uyğun düşünülmüş və qiymətləndirilməsi aparılan təlim prosesi;
  • Yüksək işə qəbul göstəricilərini təmin edən “transfer” bacarıqlarının formalaşdırılması;
  • Proqresin davamlı monitorinqi;
  • Şəxsi və peşəkar inkişafın planlaşdırılması;
  • Karyera planlaşdırılmasına individual yanaşma və gələcək işə hazırlıq;
  • İşə keçidi təmin edəcək əlavə strukturlar.

Uğurlu işlə təminatın bu kimi əsas elementləri aşağıdakılara əsaslanır:

  • Bir neçə kursun tərkib hissəsi kimi iş mühitində tədris və tədqiqat;
  • Müştərilərin idarəedilməsi, mühasibat işi, habelə yazılı və şifahi ünsiyyət bacarıqlarını formalaşdırmaq üçün şərait yaradacaq layihələrin həyata keçirilməsi (layihələrdə iştirak);
  • İdman biznesinin idarə edilməsində zəngin təcrübəsi olan idman menecmenti tədqiqatçıları və biznes liderləri tərəfindən dərslərin keçirilməsi;
  • Təcrübəli və yaxşı əlaqəli akademik məsləhətçilər vasitəsilə işə keçid üçün dəstək.

Xaricdə modul:

Proqramın əsas hissəsi xaricə təhsil səfəridir. Bu yaxınlarda Böyük Britaniyaya təhsil səfəri təşkil olunmuşdur. Tələbələr qabaqcıl (idman) universitetlərdən birində modul öyrənmək, idman təşkilatlarına və məkanlara (məsələn, Vimbeldon, Vembli Stadionu və s.). Böyük miqyaslı idman tədbirlərinin miqyasına baxin (məsələn, Olimpiya oyunları) və beynəlxalq ekspertlərdən öyrənmək imkanı verir. Bu təhsil səfərləri tələbələrə Azərbaycandakı idman sistemlərini digər ölkələrlə müqayisə etməyə, bir sıra aparıcı idman qurumlarını araşdırmağa və idman klublarını, idman təşkilatlarını və idman qurğularını idarə etmək üçün ən yaxşı təcrübə və fərqli yanaşmaları öyrənməyə imkan verir. Üstəlik, tələbələrə idman biznesində peşəkar bir qlobal şəbəkə qurmağa başlamağa imkan verirlər.

 

https://www.coventry.ac.uk/

 

Əsas məlumatlar:

Müddət: 2 il

Kredit: 120

Tədris dili: İngilis

Təhsil haqqı: 2500 AZN (yerli), 2500$ (xarici)

Birləşmiş Krallıqda 2 həftəlik tədris və təcrübə proqramı imkanı

 

Qısa keçidlər:

Təhsil proqramı

Əcnəbi müraciətçilər üçün:

Tələblər