Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Bədən tərbiyəsi və idmanda reabilitasiya

Müasir dünya idman təhsilində bu ixtisas ən prioritet ixtisaslardan biri hesab olunur. “Bədən tərbiyəsi və idmanda reabilitasiya” üzrə mütəxəssis bilavsitə həkimlərlə (idman həkimi, həkim-travmatoloq-ortoped, həkim-nevropatoloq, həkim-neyrocərrah, həkim-kardioloq, həkim-ürək-damar cərrahı, həkim-fizioterapevt və s.) sıx əməkdaşlıq edir. İdmançılara, xəstəlik və ya travmadan əziyyət çəkən şəxslərə kömək edir. Onların fəaliyyətini və həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədilə reabilitasiya xidməti göstərir.

“Bədən tərbiyəsi və idmanda reabilitasiya” üzrə bakalavr təhsili zamanı tələbələrə “Fiziologiya”, “Biokimya”, “Psixologiya”, “Biomexanika”, “Kineziologiya”, “Kinezioterapiya”, və s. bu kimi fənlər tədris edilir.

Proqram çərçivəsində nəzəri bilikləri möhkəmləndirmək üçün prakriki tapşırıqlar da yerinə yetirilir. Tələbələr müxtəlif zədə və xəstəlikləri olan xəstələri müayinə edib, müalicə planı hazırlayırlar.

Tədris Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimləri ilə yanaşı Azərbaycan Tibb Universitetinin müəllimləri tərəfindən aparılır.

Təhsili bitirdikdən sonra məzunlar idman federasiyaları, idman məktəbləri, reabilitasiya mərkəzləri, bədən tərbiyəsi və idman dispanserlərində və digər müəssisələrdə fizioterapevtin köməkçisi və ya fiziki reabilitasiya üzrə təlimatçı qismində bu kimi fəaliyyət sahələrində işləyə bilərlər.

Proqramın məzunları “Bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat” magistr ixtisası üzrə təhsillərini davam etdirə bilərlər.

Qısa keçidlər :

Əmr

Təhsil proqramı

Əcnəbi müraciətçilər üçün :

Tələblər

Təhsil haqqı və təqaüd proqramları

Akademik terminologiya

Qəbul mərhələləri və son tarixlər

Tədris planı