Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Tələbə və könüllülərlə iş şöbəsi

Tələbə və könüllülərlə iş şöbəsinin müdiri: Nəzrin Ömərzadə

Email: nazrin.omarzada@sport.edu.az 

 

Tələbə və könüllülərlə iş şöbəsi Akademiya tələbələri üçün aşağıdakı xidmətləri təklif edir:

Tanışlıq əsaslı görüşlər və Adaptasiya Proqramı:

  • Akademiyaya yeni daxil olan tələbələr üçün tanışlıq əsaslı görüşlər;
  • Yeni qəbul olunmuş tələbələrlə Adaptasiya Proqramı.

Dərsdənkənar fəaliyyətlər:

  • Gənclər düşərgələri, hərbi-vətənpərvərlik düşərgələri və mübadilə proqramları;
  • Vətənpərvərlik istiqamətində tədbirlər;
  • İdman obyektlərinə ekskursiyalar;
  • İdman federasiyaları ilə görüşlər;
  • Tarixi, incəsənət və ədəbi ekskursiyalar;
  • Bayram tədbirləri – Yeni il, Bədən Tərbiyəsi və İdman Günü, Novruz bayramı və Məzun günü;
  • Sağlam həyat tərzinin təbliği ilə bağlı tədbirlər;
  • Ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlər;
  • Festivallara, teatr, muzeylərə biletlər;
  • İntellektual oyunlar və yarışlar;
  • Sosial məsələləri əhatə edən seminarlar;
  • Asudə vaxt fəaliyyətləri: film, boulinq, piknik və s. 

Tələbələrə Dəstək Xidməti: 

  • Tələbələrin narahatlıqlarını və ehtiyaclarını müəyyən etmək və həll etmək, onların şəxsi, akademik və peşəkar uğurlarını artırmaq üçün mentorluq, dəstək və resursların təklif olunması;
  • Tələbə Gənclər Təşkilatının (TGT) fəaliyyətinin dəstəklənməsi;
  • Akademiyanın tələbə heyətinin həm Akademiya, eləcə də həm də ölkə daxilində tələbə gənclər üçün keçirilən layihə və tədbirlər haqqında məlumatlandırılması və onların iştirakının təmin edilməsi;
  • Tələbə heyətinin Akademiya daxili və Akademiya xaricində könüllülük proqramlarında iştiraka cəlb edilməsi.

Könüllülük:

  • Akademiya daxilində keçirilən tədbir və proqramlarda tələbələr üçün könüllülük imkanları;
  • Yerli və beynəlxalq idman yarışlarında könüllülük fürsətləri;
  • Dövlət qurumlarında, gənclər təşkilatlarında və s. müəssisələrdə könüllülük proqramları.

 

Tələbə və könüllülərlə iş şöbəsi ilə əlaqə: studentaffairs@sport.edu.az

 

Sənədlər: