Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Fiziki tərbiyə və Çağırışaqədərki Hazırlıq Müəllimliyi

“Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” (FTÇHM) proqramı tələbələrə insan bədəninin fiziki hazırlığını və aktivliyini öyrənib, araşdırmağa kömək edir. Bu da fəaliyyət sahəsində insan bədənin ümumi rifahını yaxşılaşdırmağa təminat verir.

Bu ixtisasa yiyələnmiş mütəxəssislər ümumtəhsil məktəblərində, idman təmaüllü məktəblərdə, ixtisaslaşmış peşə təhsili müəssisələrində, şagirdlərin dərsdənkənar fiziki hazırlığını həyata keçirən bölmələrdə, həmçinin özəl idman sahələrində bədən tərbiyəsi müəllimi kimi işləmək imkanı əldə edirlər.

Fiziki hazırlıq, ayrı-ayrı hərəki qabiliyyətlərin inkişafının planlaşdırılması və həyata keçirilməsi, şagirdlərin fiziki və funksional inkişafı, hərəki qabiliyyətləri üzərində sistemli nəzarətin aparılması fiziki tərbiyə müəlliminin peşə fəaliyyətinin tərkib hissəsinə daxildir.

FTÇHM tələbələri mütəmadi olaraq təcrübə proqramlarına cəlb olunurlar. Təcrübə zamanı təcrübəli bədən tərbiyəsi müəllimləri ilə ünsiyyətdə olur, praktiki biliklərə yiyələnirlər.

Həmçinin, nəzəri və praktiki bacarıqlara yiyələnmiş tələbələr əlavə ixtisasartırma proqramlarında və ya “Fiziki tərbiyə nəzəriyyəsi və metodikası” magistr ixtisası üzrə  təhsillərini davam etdirmək imkanını qazanırlar.