Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

İdman menecmenti və kommunikasiya

“İdman menecmenti və kommunikasiya” üzrə bakalavr proqramı öz karyerasını peşəkar kommunikasiya bacarıqları ilə idmanda inzabatçılıq, planlaşdırma, təşkiletmə və marketinq yönümlü peşələrə yiyələnmək istəyənlər üçün geniş imkanlar açır.

Azərbaycan regionun aparıcı idman ölkəsi olaraq tanınır. Bundan irəli gələn tələblərə uyğun olaraq beynəlxalq idman sektorunda rəqabətə davamlı, səriştəli, peşəkar kadr hazırlığına təlabat var. Proqramın məzunları çoxsaylı dövlət və qeyri dövlət sektorunda fəaliyyət göstərən idman təşkilatlarında, yerli və beynəlxalq idman tədbirlərində, eləcə də qeyri-idman sektorlarında sosial layihələrin həyata keçirilməsi sahəsində də hazırlıqlı kadr olaraq fəaliyyət göstərə bilərlər.

Bu ixtisasın tədris proqramı ən yaxşı beynəlxalq təcrübə əsasında tərtib edilib. Burada Azərbaycan təhsil sisteminin tələblərinə və beynəlxalq təcrübəyə uyğun olaraq, “İdman menecmenti”, “İdman komunikasiyası”, “İdman iqtisadiyyatı”, “Marketinq prinsipləri”, “Media və ictimaiyyətlə əlaqələr”  və s. fənlər tədris olunur.

“İdman menecmenti və komunikasiya” tələbələri intensiv olaraq təcrübə proqramlarına, idman tədbirlərinə, praktiki işlərə cəlb olunurlar. Bu proses onların öyrəndikləri ixtisası daha yaxşı mənimsəmələrinə, peşəkar şəbəkənin qurulmasına və gələcəkdə daha asan iş tapmalarına kömək edir.

Təqdim olunan bakalavr proqramı müvafiq istiqamətlərdə hərtərəfli biliyə malik mütəxəssislər hazırlanmasını qarşıya məqsəd qoyub. Bu mütəxəssislər yüksək rəqabətlilik şəraitində beynəlxalq arenada söz sahibi olmaq potensialına malikdirlər.

Proqram azərbaycan, rus və ingilis dillərində tədris olunur.

Proqramın məzunları “İdman menecmenti” və ya “İdman jurnalistikası” magistr ixtisasları üzrə təhsillərini davam etdirə bilərlər.

Qısa keçidlər :

Əmr

Təhsil proqramı

Əcnəbi müraciətçilər üçün :

Tələblər

Təhsil haqqı və təqaüd proqramları

Akademik terminologiya

Qəbul mərhələləri və son tarixlər

Tədris planı