Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Üzgüçü tələbələrimiz Rusiyada keçirilən universitetlərarası "Rektor kuboku" yarışlarında möhtəşəm uğura imza atıb

Rusiyanın Kazan şəhərində mayın 3-dən 5-dək keçirilən üzgüçülük üzrə “Rektor Kuboku”nda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) tələbələri 2 qızıl, 4 gümüş, 3 bürünc medal qazanıblar.

Yarışın ilk günündə ASAPES tələbələri, milli komandamızın üzvlərindən Əbdürrəhman Rüstəmov 200 m və 50 m batterflay üsulunda qızıl medal, Fatimə Alkərəmova isə 100 m sərbəst üsulda bürünc medala sahib olublar.

Ertəsi gün isə Əbdürrəhman Rüstəmov 100 m batterflay üsulunda 2-ci yer, 200 m qarışıq üsulda 2-ci yer, 200 m sərbəst üsulda 2-ci yeri qazanıb. Digər tələbə idmançılardan Rəşad Alquliyev 200 m qarışıq üsulda bürünc medala layiq görülüb, Fatimə Alkərəmova 200 m sərbəst üsulda 2-ci, 200 m qarışıq üsulda isə 3-cü yerə sahib olublar.

Qeyd edək ki, idmançılarımızın kubokda iştirakı ASAPES ilə Kazanda yerləşən Povoljskiy Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universiteti arasında imzalanmış qarşılıqlı əməkdaşlıq memorandumuna əsasən təmin olunub.

Xəbərlər