Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES və Moskva Dövlət Pedaqoji Universiteti arasında anlaşma Memorandumu imzalanıb

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Rusiya Federasiyasının Moskva Dövlət Pedaqoji Universiteti arasında təhsil, elmi və innovativ fəaliyyət sahələrində qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək və inkişaf etdirmək, Rusiya ilə Azərbaycan arasında hərtərəfli tərəfdaşlıq münasibətlərinin və strateji qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə və inkişafına kömək etmək üçün yeni müsbət nəticələrin əldə edilməsi məqsədilə qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Tədbirdən əvvəl rusiyalı qonaqlar ASAPES-in Elmi-tədris laboratoriyası və Multimedia mərkəzini ziyarət ediblər. Onlara hər 2 mərkəzin fəaliyyət istiqaməti haqda ətraflı məlumat verilib.

İmzalanma prosesində Moskva Dövlət Pedaqoji Universitetinin rektoru Aleksey Lubkov, rektorun köməkçisi Nikolay Buzulukov, Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Olqa Morozova və İncəsənət İnstitutunun direktoru Andrey Konovalov, ASAPES-in rektoru Fuad Hacıyev, propektorlar Təhminə Tağı-zadə və Rafail Novruzov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadə, İdman menecmenti və kommunikasiya kafedrasının müdiri Nailə Kələntərli və Sosial elmlər kafedrasının müdiri Lalə Əhmədova iştirak ediblər.

ASAPES-in rektoru Fuad Hacıyev və Moskva Dövlət Pedaqoji Universitetinin rektoru Aleksey Lubkov tərəfindən imzalanan və 3 illik dövrü əhatə edəcək Memoranduma əsasən, tərəflər birgə işçi qruplarının, ekspert komissiyalarının, şuraların, konsorsiumların yaradılması, birgə layihə və proqramların işlənib hazırlanması və həyata keçirilməsi, elmi forumlar, konfranslar, dəyirmi masalar, sərgilər və sairə formada birgə konqres və sərgi tədbirlərinin, birgə festivalların, idman tədbirlərinin, yarışların, yay məktəblərinin keçirilməsi kimi prioritet istiqamətlər üzrə əməkdaşlıq edəcəklər.

#ASAPES #İdmanAkademiyası #МГПУ

Xəbərlər